TƏBİB intihara cəhd edən jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb

TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Aygün Əliyeva 27 fevral tarixində saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.

Əvvəlki məqalə

Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb

Sonrakı məqalə

Nazir 8 Martda müəllimlərə hədiyyə verilməsinə münasibət bildirib