Təhsil İdarəsi orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

İdarədən bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər(apa).

Əvvəlki məqalə

Bakıda Prezident təqaüdçüsü olan tələbə intihar edib –

Sonrakı məqalə

Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb