Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti avqustun 1-i saat 18:00-a qədər uzadılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi izləmək tövsiyə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.