“Tərtər işi” ilə bağlı həbs edilən generalın vəkili döyülüb

General Bəkir Orucov, hərbçilər İntiqam Məmmədov, Rahim Məmmədov, Ülvi Rəşidovun və Ziya Kazımovun cinayət işi ilə əlaqədar bu gün məhkəmə hazırlıq iclasında keçirilib.

Azpost.info xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda Bəkir Orucovun vəkili Elvin Rzayev məhkəmə nəzarətçiləri tərəfindən təhqirə və döyülməyə məruz qaldığını deyərək şifahi vəsatət verib.

Vəkil bildirib ki, bir neçə nəzarətçi onu küçə söyüşləriylə təhqir edərək məhkəmənin girişindən məhkəmə iclasının zalının yanındakı otağa qədər sürüyüb. “Otaqda telefonumu əlimdən aldılar, söyməyə davam etdilər və məni vurdular. 25 dəqiqəyə yaxın məni otaqda təhqirlər altında saxladılar”, – deyə vəkil bildirib.

Abbas

Əvvəlki məqalə

Bayden Britaniya və İrlandiyaya səfər edəcək

Sonrakı məqalə

“Azərbaycanlı bu pensiya ilə Avropada yaşaya bilməz, Azərbaycanda mümkündür”