Tacikistanla Qırğızıstan arasında atəşkəs yenidən pozulub

Tacikistan Qırğızıstanın Kolundu və Janı-Jer kəndlərini atəşə tutub.

Azpost.info xəbər verir ki, Qırğızıstan sərhəd xidməti Tacikistanın sərhəddə daha əvvəl əldə edilmiş atəşkəs razılaşmasını pozduğunu bildirib.

Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Xatırladaq ki, bu gün iki ölkə başçısı atəşkəsin əldə olunması ilə bağlı razılıq əldə etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Baş Prokurorluq şəhid Səbuhinin qardaşının videosu ilə bağlı açıqlama verib

Sonrakı məqalə

Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıb