Tahir Salahovun qızı vəfat edib

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 70 yaşında vəfat edib.

Bu barədə APA-ya ailəsindən bildirilib.

Azpost.info bildirir ki, rəssam Alagöz Salahova 1953-cü ildə Moskvada anadan olub. Atası SSRİ, Rusiya və Azərbaycanın xalq artisti Tair Salahov, nənəsi məşhur müğənni, rəqqasə, SSRİ xalq artisti Tamar xanım, bacısı İctimai Palatanın mədəniyyət məsələləri üzrə komissiyasının üzvü, rəssam Aydan Salahovadır.

O SSRİ-nin məşhur aktyoru Arkadi Raykinin oğlu Konstantin Raykinlə evli olub. Onlar 20 ildən çoxdur ki, boşansalar da A.Salahova ailə qurmayıb.

Əvvəlki məqalə

Prezident Qarabağda antiterror əməliyyatının nə üçün başlandığını bəyan etdi

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri