Taksi şirkətlərinin əlavə xidmət pulu alması qanunsuzdur- AYNA

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda, bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”, – deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Əvvəlki məqalə

COP29-da enerji təşəbbüsləri üzrə nazirlərin görüşü keçirilib

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır”