Tanınmış vəkil ReAl-ın seçki blokundan ayrıldı:"Tələsik qərar vermişəm"

Tanınmış vəkil İradə Cavadova “ReAl Cümhuriyyətçilər İttifaqı” seçki blokundan çıxıb.

“Report” xəbər verir ki, bununla bağlı İradə Cavadova “facebook”dakı səhifəsində yazıb.

“Bildiyiniz kimi, 15 dekabr 2019-cu ildə ReAl Cümhuriyyət İttifaqının təşəbbüsü ilə ilə ittifaqa qoşulmuşam. Hazırda səfərdəyəm və hesab edirəm ki, səfərqabağı bir az tələsik bir qərar qəbul etmişəm.Tələsik qərarıma görə üzr istəyirəm. Seçkilərdə tam müstəqil və bitərəf kimi iştirak edirəm, koalisiya şəklində aktiv iştirak edə bilməyəcəyimi nəzərə alaraq ittifaqdan çıxmağımı bəyan edirəm”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Sonrakı məqalə

Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzində