Tayvan Rusiya və Belarusa çip ixracını dayandırdı

Tayvan İqtisadiyyat Nazirliyi Rusiya və Belarusa 25 MHz-dən çox tezlikli çiplərin ixracını qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə “Digitimes” məlumat yayıb.

Adıçəkilən ölkələrə 144-dən çox pinli çiplər də göndərilə bilməz. Həmçinin mikrosxemlərin istehsalı üçün istifadə olunan müəyyən növ litoqrafiya avadanlığının idxalına da qadağa qoyulub. Tayvan yetkililərinin sözlərinə görə, Belarus məhdudiyyətlərə Rusiyaya bu cür malların idxalına kömək edə biləcəyi üçün məruz qalıb.

Yarımkeçirici avadanlıq Tayvanın əsas ixrac məhsuludur və 2021-ci ildə ümumi ixracın 32 faizini təşkil edib. Əsas satış bazarları Çin, Honq-Konq, Sinqapur və ABŞ-dır.

Azpost.info

Əvvəlki məqalə

Koreyanın məşhur “BTS” qrupu ABŞ prezidenti ilə görüşüb

Sonrakı məqalə

Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir neçə rayonda əməliyyat keçirib –