“Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir”- Nurəddin Mehdixanlı

Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir.

Bunu Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

Xalq artisti teatrlarda rolların ədalət prinsipinə əsaslanmalı olduğunu deyib: “Teatrların özlərinin kommersiya layihələri olmalıdır. Üstəlik, böyük iş adamları və orqanları ilə əməkdaşlıqlar edilməlidir”.

Xalq artisti fəxri adlar və mükafatların yaşa görə yox, işə görə verilməsini də tövsiyə edib(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.