TƏBİB tabeli 78 tibb müəssisəsində laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb

“Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Ulu Öndər Heydər Əliyev İlinə həsr olunmuş “İcbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi” mövzusunda keçirilən seminarda deyib.

“TƏBİB tabeli 78 tibb müəssisəsində 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb.

Türkiyədə keçirilən “İcbari tibbi sığortanın tətbiqində xəstəxanaların idarə edilməsi” təlimi iştirakçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində mühüm yer tutur. İndiyədək tabeli tibb müəssisələrimizdən 60 nəfər həmin təlimlərdən faydalanıb”.

Əvvəlki məqalə

Ölkə üzrə pensiyaların ödənişi noyabrın 15-də yekunlaşacaq

Sonrakı məqalə

ABŞ Maliyyə Nazirliyi 100 gəmini yoxlayacaq