Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin edilib

Bəhruz Əzimov
Bəhruz Əzimov

Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin edilib

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.

AzPost bildirir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan və Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.

Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Bizi İnstagramda izləyin!

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.