Telejurnalist Mədəniyyət Nazirliyində müşavir vəzifəsinə təyin olunub

Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Oleq Arnoldoviç Əmirbəyli müşavir vəzifəsinə təyin olunub.

Azpost.info bildirir ki, Oleq Əmirbəyov «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olub. Bundan başqa, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışıb.

2021-ci ildən Azərbaycanın əməkdar artistidir. 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.