Texasdakı məktəbdə atışmada 18 məktəbli ölüb –Bayden matəm elan edib

Texasdakı məktəbdə dünən baş vermiş atışmada ölənlərin sayı artıb.

CNN-in xəbərinə görə, ştatın qubernatoru 18 uşaq və 3 böyük şəxsin öldürüldüyünü bildirib.

ABŞ-ın Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atəş açmış şəxs təkbaşına hərəkət edib. Onun törətdiyi hadisə nəticəsində 15 nəfər həlak olub.

Bu barədə şəhər polis idarəsinin nümayəndəsi Pit Arredondo bildirib. ABŞ telekanallarının yayımladığı mətbuat konfransında Arredondo, şübhəlinin polislər tərəfindən zərərsizləşdirildiyini də etiraf edib.

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.

TASS informasiya agentliyi  xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.

Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə bağlı bəyanat verəcəyini bildirmişdi.

Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 şagird və 1 müəllim həlak olub. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

 

Əvvəlki məqalə

Ukrayna Rusiyanın Donbasdakı son itkilərini açıqlayıb

Sonrakı məqalə

Bayden ABŞ-da silah satışının qadağan ediıməsinə çağırış edib