Teymur Musayev:“Sertifikasiya ilə bağlı şikayətlər ən çox iki ixtisasa görədir”

 

“Səhiyyə vacib məsələlərdən biri təhsil məsələdir”.

Bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, tibbi işçilər uçün davamlı təhsil vacib məqamdır:

“Tək təhsil deyil, tibb işçilərinin praktiki fəaliyyətində dəstək olacaq çoxlu mövzular var. Anlayırıq ki, ixtisaslı işçi qüvvəsi səhiyyənin əsas resursudur. Yeni strategiya hazırlanması vacibdir. Yaxın zamandan bununla bağlı atılacaq addımlarla bağlı məlumat veriləcək”.

Nazir tibb işçilərinin sertifikasiyası ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edib.

“Son zamanlar sertifikasiya ilə bağlı çoxlu müraciətlər olub, müraciətlər təhlil edilib və şikayətçilərlə görüş keçirilib. Əsas şikayətlər iki ixtisas üzərindən olur. Biri radiologiya digəri stomatologiya ilə bağlı idi. Bu ixtisaslar çərçivəsində alt ixtisasda olanlar fəaliyyət göstərir. Hazırda mövcud sertifikasiya imtahanını mükəmməlləşdirilməyə ehtiyac var, bu istiqamətdə işlər aparılır. Mərkəzin yeni formatda fəaliyyəti üçün müvafiq addımlar atılacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir