Teymur Rəcəbov geriləyib, Rauf Məmmədov “100-lüy”ə qayıdıb- FİDE yeni reytinq cədvəlini açıqladı

FİDE yeni reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, dekabr üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2772 xala malik 34 yaşlı qrossmeyster 7-ci yerdə qərarlaşıb.

Ötən ay yarışlara qatılmayan Teymur Rəcəbov mövqeyini əldən verib. O, 2765 xalla 9-cu pilləni 10-a dəyişib.

6 pillə irəliləyərək, 77-ci yerə qalxan Qədir Hüseynov 2666 xala malikdir. Digər milli üzvü Nicat Abasov da mövqeyini yaxşılaşdırıb. 11 rəqibini qabaqlayan şahmatçı 2663 xalla 82-ci yerdə qərarlaşıb.

Bir aylıq fasilədən sonra Rauf Məmmədov (2659) yenidən “100-lüy”ə qayıdıb. O, hazırda 89-cudur.

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2872) birinci, Fabiano Karuana (ABŞ, 2822) ikinci, Dinq Liren (Çin, 2801) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2455) 27-ci, Ülviyyə Fətəliyeva (2387) 76-cı və Gülnar Məmmədova (2386) 78-ci pillədədir. Onlardan fərqli, Xanım Balacayeva (2368) “100-lüy”ü tərk edib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2664) birincidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Sonrakı məqalə

İranlı qadının girov saxlanılması barədə məlumatlar əsassızdır