Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini bəyan edib.
Azpost.info xəbər verir ki, o, qərarını “YouTube” kanalında yayımlanan videoda açıqlayıb.
“Rusiya prezidenti Vladimir Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimin və ruhumun yarısını öldürdü. Amma hələ də o biri yarısı var. Və o, deyir ki, mənim imtina etməyə haqqım yoxdur. Aleksey Navalnının işini davam etdirəcəyəm. Ölkəmiz üçün mübarizəyə davam edin”.
Yuliya rusları onun yanında olmağa və yalnız kədər və sonsuz ağrıları deyil, həm də ölkənin gələcəyini öldürməyə cəsarət edənlərə qarşı qəzəb, nifrət, qəzəbi bölüşməyə çağırıb: “Böük bir yumruqda toplanıb bu rejimə, Putinə, onun dostlarına, uniformalı quldurlara, ölkəmizi şikəst etmiş oğrulara və qatillərə zərbə endirmək lazımdır”.
Navalnaya müharibəyə, korrupsiyaya və ədalətsizliyə qarşı mübarizəyə, həmçinin ədalətli seçkilərə və söz azadlığına çağırıb. “Ölkəmizi geri almaq üçün mübarizə aparın və təslim olmayın. Mən qorxmuram, siz də heç nədən qorxmamalısınız”.
Onun sözlərinə görə, Navalnının sonadərk sındıra bilmədilər. “Məhz buna görə Putin onu öldürdü. İndi də qorxaqcasına onun cəsədini gizlədirlər, anasına göstərmirlər, geri qaytarmırlar və yalan danışıb gözləyirlər ki, Putinin növbəti “noviçok”unun izləri yox olsun”, -Navalnaya qeyd edib.
O, tezliklə Putinin bu addımı atmasının konkret səbəbini açıqlayacağına söz verib. “Bu barədə sizə tezliklə məlumat verəcəyik. Bu cinayəti dəqiq kimin və necə törətdiyini mütləq öyrənəcəyik. Adları çəkib, üzləri göstərəcəyik. Lakin həm Aleksey, həm də özümüz üçün edə biləcəyimiz əsas şey mübarizəni davam etdirməkdir”.
Azpost.info