“Tezliklə sülh gələcək”- Trampın dövlət katibi postuna namizədi paylaşım etdi

Yeni seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə əsas namizəd sayılan ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenel sülhün tezliklə gələcəyi anonsunu verib.

Azpost.info xəbər verir ki, o bu barədə “X”-də paylaşım edib.

“Amerika və dünya xilas oldu. Tezliklə sülh gələcək”, – dedi Qrenel bildirib.

O, hansı münaqişənin həll ediləcəyini və sülhün haradan gələcəyini dəqiqləşdirməyib.

Daha əvvəl “Politico” nəşri ABŞ Konqresindəki mənbəyə istinadən Trampın ABŞ-ın dövlət katibi postuna Qreneli düşündüyünü yazıb.

Seçki kampaniyası zamanı Tramp Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Azpost.info

 

Əvvəlki məqalə

Bakı-Quba ödənişli yolundan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır

Sonrakı məqalə

Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə Zəfər Günü ilə bağlı yürüşlər təşkil olunacaq