“Tibb işçiləri arasında saxta COVID pasportu verənlər var” –

Səhiyyə nazirinin müavini
12 Oktyabr 2021 - 16:05

Səhiyyə nazirinin müavini Viktor Qasımov saxta COVID-19 peyvəndi ilə bağlı məsələyə münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı hərtərəfli mübarizə getməlidir: “Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verir. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin. Peyvənd əhalinin sağlamlığı naminə lazımdır”.