“Tibb işçiləri arasında saxta COVID pasportu verənlər var” –Səhiyyə nazirinin müavini

Səhiyyə nazirinin müavini Viktor Qasımov saxta COVID-19 peyvəndi ilə bağlı məsələyə münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı hərtərəfli mübarizə getməlidir: “Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verir. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin. Peyvənd əhalinin sağlamlığı naminə lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Əhli-Beyt təmsilçiləri İrana qarşı etiraz bəyanatı verib

Sonrakı məqalə

Sumqayıta giriş-çıxış məhdudlaşdırılır –