Tibb Universitetinin 1941-ci il məzunlarının 25 il sonra görüşü –1966-cı ildən nadir görüntülər /VİDEO

1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olmuş məşhur həkimlərin yubiley görüşünün videosu yayılıb. 
Azpost.info bildirir ki, “Qızıl Fond”da saxlanılan həmin görüşün videosu Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.
Sujetdə bildirilib ki, 1941-ci ilin məzunlarının 25 ildən sonra görüşü təntənə ilə qeyd olunub.
1966-cı ildə keçirilən həmin görüşdə məşhur məzunlar – uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələkbərova, 20 nömrəli poliklinikanın baş həkimi Ruxsarə Abdullayeva, həyatını elmə həsr etmiş tibb elmlər doktoru Nurəli Bünyadov və Azərbaycan SSR əməkdar elm xadimi tibb elmlər doktoru Əhməd Abasquliyev iştirak edib.
O da qeyd edilib ki, məzunlar əmək fəaliyyətinə çətin şəraitdə başlayıb. Onların həyat yolu hərbi hospitallar və tibb məntəqələrindən keçməli oldu.
Sözügedən görüşdə yubliyarları təbrik edənlər arasında Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşov olub.

 

Əvvəlki məqalə

Əməkdar artist Əyyub Quliyev Polşada beynəlxalq müsabiqənin qaliblərini seçib

Sonrakı məqalə

“Növbəti on il ərzində böyük sərmayə qoyuluşunu planlaşdırırıq”