Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Azpost.info bildirir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə Həqiqət İsabalayeva təyin edilib.
Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” Gündəlik ictimai-siyasi qəzetində calışıb.
Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.