Tibb Universitetinin tələbəsi zəlzələdə həlak olub-FOTO

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

Bu barədə APA-ya Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində ölüb.

“Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri – Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı” – məlumatda qeyd edilib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.