Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi rəsmən təsdiqləndi –"Huseyniyyun"dan AÇIQLAMA

“Hüseyniyyun” qruplaşmasının sözçüsü Elşad Əkrəm Hacızadə qrupun rəhbərləri olan Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsini təsdiq edib. 

Azpost.info bildirir ki, Hacızadə yayımladığı audio-müraciətdə bəyan edib ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov ETTELAAT-ın nəzarətinə alınıb. Onlar ötən həftə saxlanılıblar.

O, deyib ki, saxlanılanlar hələlik Azərbaycana təxliyyə olunmayıb.

Əkrəm Hacızadə bildirib ki, “Hüseyniyyun” rəhbələri həbs xəbərinin KİV-də dərc olunmamasını xahiş ediblər.

Orxan Məmmədov və Tohid İbrahimbəyli barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya və Türkiyə razılığa gəldi

Sonrakı məqalə

Priqojin Ukrayna ordusunun əks-hücum əməliyyatının tarixini