Tokayev Makronun Qazaxıstana gəlişini tarixi səfər adlandırıb

“Fransa prezidenti Emmanuel Makronun Astanaya gəlişi tarixi səfərdir”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir və buna əlavə təkan vermək lazımdır:

“Səfərinizi tarixi, çox əhəmiyyətli adlandıra bilərik. Əminəm ki, bugünkü danışıqlar məhsuldar olacaq”, – Tokayev bildirib.

Öz növbəsində Makron ölkələr arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.

Makronun Qazaxıstana səfəri bu gün başlayıb. Sabah Fransa lideri Özbəkistana gedəcək.

Azpost.info

Əvvəlki məqalə

“Avropanın Rusiya ilə sabit münasibətlər sisteminə ehtiyacı var”

Sonrakı məqalə

“Muğanbank”da sığortasız əmanətin 61 mln. manatı bir şəxsə aiddir