Tokio-Tel-Əviv təyyarəsi Bakıya təcili eniş edib

EL AL aviaşirkətinin Tokio – Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb(apa).

 

Əvvəlki məqalə

Blinken ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

Sonrakı məqalə

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür