Toya hazırlaşan cütlük qəzaya düşüb-Oğlan ölüb qız xəsarət alıb - FOTO

Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, Holavar kəndində “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

Əvvəlki məqalə

Facebook və İnstagram uşaqlara zərər verməkdə ittiham olunur

Sonrakı məqalə

Ərdoğan Putin və Zelenski ilə danışacaq