Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq

Donald Tramp
Tramp

ABŞ-ın yeni Prezidenti Donald Tramp ilk sərəncamlarından birini TikTok-la bağlı verəcək.

AzPost-un xəbərinə görə, bu barədə Donald Tramp paylaşımında bildirib.

Donald Tramp bəyan edib ki, 20 yanvarda ABŞ-da TikTok-a qadağanın təxirə salınması barədə sərəncam imzalayacaq.

Qeyd edək ki, bu gün ABŞ-da “TikTok” bağlanıb. ABŞ-da 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.

Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Çin sədri ilə danışdığını təsdiqləyib

O, Si Sinpin ilə ticarət balansını, TikTok-u və digər məsələləri  müzakirə edib.

Həmçinin ABŞ Federal Məhkəməsinin “TikTok”a qadağa qoyan qərarı ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Belə ki, dəyişiklik olmasa, “TikTok” yanvarın 19-dan etibarən ABŞ-də qadağan olunacaq.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.