Tramp andiçmədən əvvəl Ukrayna münaqişəsini həll edəcəyinə söz verib

ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə mərasimindən əvvəl də Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Bu barədə o, Miçiqanda keçirilən mitinqdə çıxış edərkən deyib.

“Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni mən həll edəcəyəm. Mən bəyanat verə bilən yeganə şəxsəm: Üçüncü dünya müharibəsinin qarşısını alacağam”, – deyə bildirib.

Bundan əvvəl fransalı siyasətçi Florian Filippa Ukrayna xalqının Trampın sülh təşəbbüsünü dəstəkləyəcəyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.