Tramp Baydeni 6 ştatda qabaqlayır –SORĞU

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərinin nəticələrini həll edə biləcək altı ştatda Ağ Evin sahibi Co Baydeni qabaqlayır.

Azpost.info bildirir ki, bu brədə Amerikanın Emerson College universitetinin analitik xidməti və The Hill qəzetinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Tramp Arizona (47%-43%), Corciya (45%-41%), Viskonsin (47%-44%), Nevada (46%-43%), Pensilvaniya (47%-45%) və Miçiqan (46% -dən 45%) ştatlarında Bayden üzərində üstünlüyə malikdir.

Sorğu iştirakçılarının əksəriyyəti eks-prezidentə və hazırkı lider Baydenin oğluna qarşı məhkəmə hökmləri onların səslərinə təsir etməyəcəyini bildiriblər.

Sorğu iyunun 13-dən iyunun 18-dək aparılıb. Burada hər ştatdan  min qeydiyyatdan keçmiş amerikalı seçici iştirak edib.

Əvvəlki məqalə

“Münaqişə başa çatdıqdan sonra İsrail Qəzzanı demilitarizasiya edəcək”

Sonrakı məqalə

“Fələstin dövlətini tanıması Ermənistanın İsraillə münasibətlərinə mənfi təsir göstərəcək”