BMT Baş Assambleyasında dünya liderləri qarşısındakı çıxışda Prezident Donald Tramp “Amerika Birinci” platformasını təşviq edib.
Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, qloballaşmanın mənfi fəsadlarına diqqət yetirən Tramp milli suverenitetin və vətənpərvərliyin önəmlərindən söz açıb.
“Azad dünya öz milli köklərinə dəyər verməlidir. O, onları silməyə, yaxud əvəzləməyə çalışmamalıdır. Müdrik liderlər həmişə öz xalqlarının rifahına və öz ölkələrinə önəm verirlər. Gələcək qlobalistlərə mənsub deyil. Gələcək patriotlara mənsubdur.” – ABŞ prezidenti bəyan edib.
Trampın sözlərinə görə, qlobalizm keçmiş liderlər üzərində dini təsirə malik olaraq “onların öz milli maraqlarına məhəl qoymamasına yol açdı:”Lakin Amerikaya gəldikdə, o günlər arxada qalıb”,- deyə o bildirib.
Seçki kampaniyasında tez-tez səsləndirilən tezislərə toxunaraq Tramp ABŞ iqtisadiyyatının hazırkı durumuna, rekord aşağı işsizliyə səbəb olan “artımpərəst” siyasətinə diqqət çəkib. Tramp eyni zamanda açıq sərhədlər tərəfdarı kimi təsvir etdiyi opponentlərini tənqid edib.
ABŞ-ın Meksika ilə cənub sərhədlərində qeyri-qanuni müharicət siyasəti ilə bağlı üzləşdiyi tənqidləri rədd edən Tramp onları öz ideologiyalarını mənəvi dəyərlərdən üstün tutmaqda ittiham edib.
“Sizin siyasətiniz ədalətli deyil. Sizin siyasətiniz qəddar və şər xislətlidir”, -Tramp deyib. “Siz öz saxta kəramətinizi insan həyatından, rifahından və saysız-hesabsız məsum insanlardan öndə qoyursunuz. Siz sərhəd təhlükəsiziliyini sarsıdanda, insan haqlarını və insan ləyaqətini sarsıdırsınız.”