Tramp BRİKS ölkələrinə 150 faiz rüsum tətbiqi ilə bağlı xəbərdarlıq edib

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinə 150 faizlik rüsum tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

AzPost bildirir ki, bu barədə Röyter məlumat yayıb.

Prezident həmçinin onlarla iş aparmağı dayandırmaqla hədələyib.

Tramp BRİKS ölkələrini 150 faiz tariflə hədələdikdən sonra blokun dağıldığını deyib.

O, qarşılıqlı tarif təhdidindən sonra ABŞ-ın BRİKS ölkələrindən bir daha xəbər eşitmədiyini söyləyib. “Onlarda nə baş verdiyini bilmirəm”.

Tramp bu ayın əvvəlində demişdi ki, BRICS ölkələri dollarla oyun oynasalar ABŞ-dan 100 faiz rüsumlarla üzləşə bilərlər.

BRİKS hökumətlərarası təşkilatdır. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın adını daşıyır. Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirlikləri də bu birliyə daxildir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.