Tramp jurnalistə cavab vermədi:

"Neftin qiymətini bilmirsən, sual verirsən"
08 Aprel 2020 - 10:25

ABŞ prezidenti Donald Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb.

“İnterfaks”ın verdiyi məlumata görə, Ağ Evdə brifinq zamanı jurnalistlərdən biri neft bazarındakı vəziyyətlə əlaqədar ABŞ prezidentinə sual verməyə çalışıb.

D.Tramp jurnalistdən neftin hazırkı qiymətini soruşub və jurnalist bilmədiyini deyib.

ABŞ prezidenti, “neftin qiymətini bilmədən necə belə sual verə bilərsiniz?”, – deyərək, sözü digər jurnalistlərdən birinə verib.