ABŞ prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp Rusiya prezidenti Vladimir Putinə rəğbət bəsləyir. Ukrayna lideri Vladimir Zelenskiyə isə münasibəti mənfidir.
Azpost.info xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
Məqalə müəlliflərinin fikrincə, Tramp və Zelenski arasındakı münasibətlərə amerikalı siyasətçinin impiçmenti ilə başa çatan qalmaqal təsir edir.
Nəşr həmçinin qeyd edir ki, Kiyev Ağ Evin hazırkı administrasiyası ilə münasibətləri gərginləşdirib və Trampın hakimiyyətə gəlməsi Ukrayna hakimiyyəti üçün daha ciddi sınaq ola bilər.
“Tramp dəfələrlə Ukraynaya dəstəyin azaldılmasından danışıb. Vaşinqton bundan Kiyevi danışıqlara sövq etmək üçün istifadə edə bilər. Son nəticədə bu, daha çətin vəziyyətdə qalacaq Avropa İttifaqının mövqeyinə mənfi təsir göstərəcək”, – nəşr qeyd edir.
Azpost.info