Tramp Putini və BRİKS ölkələrini hədələdi –"Bu addımı atsalar..."

Ən çox pul Amerikadadır
Ən çox pul Amerikadadır

ABŞ-ın yeni prezidenti Tramp BRİKS üzvü olan ölkələri hədələyib. 

Azpost.info bildirir ki, Tramp bununla bağlı sosial şəbəkə səhifəsində açıqlama yayıb.

Tramp BRİKS ölkələrini ABŞ dollarını əvəz edəcək yeni valyuta yaradacaqları təqdirdə rusum və tarifləri 100 faiz qaldıracağı ilə  hədələyib.

Biz bu ölkələrdən yeni BRİKS valyutası yaratmayacaqları barədə öhdəlik götürmələrini tələb edirik. Onlar öhdəlik götürməlidirlər ki, güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutaya dəstək verməyəcəklər. Yoxsa onlar 100 faizlik rusum və tariflərlə üzləşəcəklər. Onlar  gözəl ABŞ iqtisadiyyatına satışları ilə vidalaşmalı olacaqlar.  Onlar gedib başqa “lox” tapa bilərlər. BRİKS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəzləyəcəyi şansı yoxdur. Buna cəhd edən hər hansı ölkə Amerika ilə vidalaşmalıdır”, – Tramp Truth Sosial platformasında yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.