Tramp qadın vəkilini Ağ Evə müşavir postuna gətirir

ABŞ prezidenti seçkilərində qalib gələn Donald Trampa qarşı bir neçə məhkəmə işində vəkil kimi çıxış edən Alina Habba Ağ Evdə müşavir vəzifəsini tutacaq.

Azpost.info xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp bildirib ki, Habba onun kampaniyası və keçid komandası üçün əvəzolunmaz kadrdır.

“Alina Habbanın Ağ Evdəki komandama prezidentin müşaviri kimi qoşulacağını elan etməkdən məmnunluq duyuram”, – Tramp qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Ötən ay ailə başçısını itirməyə görə ödənilən vəsaitin həcmi açıqlanıb

Sonrakı məqalə

Cənubi Koreya prezidenti istintaq dövründə ölkəni tərk edə bilməz