“Tramp qayıtsa, NATO-dakı müttəfiqlərini tək qoyacaq”- BAYDEN

ABŞ lideri Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampın NATO ölkələrinin bir-birini qorumaqdan imtina etməsi ilə bağlı sözlərini dəhşətli və Alyans üçün təhlükəli adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Hill” yazır.

Baydenin sözlərinə görə, Tramp hakimiyyətə qayıdarsa, ABŞ-ın blokdakı müttəfiqlərini atacaq və Rusiyaya onlarla istədiyini etməyə icazə verəcək.

“Əgər mənim rəqibim Donald Tramp öz gücünü bərpa edə bilsə, o, NATO müttəfiqlərimizdən intina edəcəyini və Rusiyaya onlarla istədiyi hər şeyi etməyə icazə verəcəyini artıq açıq şəkildə bəyan edib”, – Bayden bildirib.

O qeyd edib ki, vəzifədə olduğu müddətdə ABŞ və müttəfiqləri bu gün həmişəkindən daha böyük və güclü olan Şimali Atlantika Alyansı qurublar.

Bayden əlavə edib ki, NATO-ya üzv ölkələrin dəstəyi ABŞ vətəndaşlarının dövlət daxilində təhlükəsizliyini təmin etmək üçün açardır.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan parlamenti sədrinin qardaşı arvadı azadlığa buraxılıb

Sonrakı məqalə

Qırmızı dənizdə ABŞ-a məxsus yük gəmisinə hücum edilib