“Trampın Putin haqqında xoş danışması strateji gedişdir”- ABŞ-ın NATO-dakı keçmiş səfiri

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Rusiya lideri Vladimir Putinlə sövdələşmə aparmaq üçün onun haqqında xoş danışır.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib.

Onun sözlərinə görə, bütün bunlar danışıqlar strategiyasının tərkib hissəsidir, ona görə də ölkədə əsas posta seçilən Tramp rusiyalı həmkarı haqqında mənfi bəyanatlardan yayınır.

Diplomat xatırladıb ki, ilk prezidentlik dövründə də Tramp Putin haqqında müsbət fikirlər səsləndirib. Eyni zamanda o, Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edib və Rusiyanın San-Fransiskodakı konsulluğunu bağlayaraq bunu casus əməliyyatı adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb

Sonrakı məqalə

“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb