Tramp “Taliban”la danışıqlara başladığını açıqlayıb:"Sülh sazişi bağlamaq istəyirlər"

Taliban hərəkatı Vaşinqtonla sülh əldə etmək istəyir.

“TASS” agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşü zamanı deyib. ABŞ administrasiyasının rəhbəri, həmçinin Talibanla danışıqlara başladığını bildirib.

“Taliban” sülh razılığı əldə etmək istəyir. Baxaq görək buna əməl edəcəklərmi”, – Tramp belə deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Əfqanıstan ərazisindəki qoşun sayını əhəmiyyətli dərəcədə 8600 əsgərə endirir: “Bir razılıq əldə edilənə və ya tam bir qələbə qazanılana qədər burada qalacağıq. Onlarla görüşdük. Əvvəllər atəşkəs istəmirdilər, amma indi istəyirlər. Son altı ayda əhəmiyyətli irəliləyişlər etdik və eyni zamanda qoşunlarımızı geri çəkirik.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir