Tramp Ukraynaya hərbi yardımın davam etdirəcəyini bildirib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa rəsmilərinə Ağ Evə qayıtdıqdan sonra Ukraynaya hərbi yardımı davam etdirməyi planlaşdırdığını deyib.

Azpost.info bildirir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, Avropa ölkələri Trampın zamanında Kiyevə dəstəyin dayandırılacağından ehtiyat edirlər. Onlar ABŞ-ın iştirakı olmadan Ukraynaya kömək etmək imkanlarından narahatdırlar.

Bu addım Avropadakı müttəfiqlərə dəstək olacaq.

ABŞ-ın seçilmiş prezidentinin planları ilə tanış olan Britaniya kəşfiyyatının yüksək vəzifəli rəsmiləri FT-yə bildiriblər ki, Tramp Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı prinsipial mövqeyini saxlayır, lakin o, müharibəni mümkün qədər tez bitirməyə çalışır. “Trampın fikrincə atəşkəsdən sonra Kiyevə silah tədarükü sülhün güc yolu ilə əldə olunmasını təmin edəcək”, – deyə onlar əlavə ediblər.

Trampın komandası müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq zərurəti ilə bağlı avropalı müttəfiqlərini də xəbərdar edib. “Tramp NATO ölkələrindən xərc hədəflərini ÜDM-in hazırkı 2%-dən 5%-ə yüksəltmələrini tələb etmək niyyətindədir” deyən iki mənbə bildirib. Bu günə qədər alyansın 32 üzvündən yalnız 23-ü müdafiə xərcləri üzrə 2%-lik öhdəliyi yerinə yetirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.