Tramp və Zelenski telefonla danışdı

Tramp və Zelenski telefonla danışdı

ABŞ və Ukrayna prezidentləri Tramp və Zelenski telefonla danışıb.

AzPost “Financial Times”ə istinadən bildirir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən bildirilib

Trampın Zelenski ilə söhbəti başa çatıb, – deyə Prezident Ofisindən deyilib.

Söhbətin təfərrüatları açıqlanmayıb.

Prezidentin müşaviri Litvin deyib ki, Tramp və Zelenskinin söhbəti təxminən bir saat davam edib.

Qeyd edək ki,ABŞ prezidenti Tramp ilə Rusiya prezidenti Putin arasında fevralın 12-də səhər saatlarında telefon danışığı olub.

AzPost bildirir ki, ABŞ prezidentinin sözlərinə görə, söhbət “uzun və çox məhsuldar” olub.

Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu deyib. Putin ABŞ prezidenti ilə razılaşıb ki, danışıqlar yolu ilə uzunmüddətli sülh nizamlanmasına nail olmaq olar.

Putinlə danışdıqdan sonra  Tramp Zelenskiyə zəng etmək niyyətində olduğunu demişdi.

Tramp deyib ki, o, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Vals, xüsusi elçi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffdən “müvəffəqiyyətli olacağına inandığı danışıqlara rəhbərlik etməyi” xahiş edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.