Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

ABŞ-ın Respublikaçılar Partiyasının Miluokidə keçirilən Milli Qurultayına getməzdən əvvəl Donald Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb.

Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, administrasiyada vitse-prezident postunu Ohayo ştatının senatoru Ceyms Devid Vens ala bilər.

“Truth” sosial şəbəkəsindəki paylaşımında Tramp izah edib ki, o, Vensi ABŞ-ın vitse-prezidenti vəzifəsində işləməyə ən layiqli şəxs hesab edir.

Qeyd edək ki, Respublikaçıların qurultayı iyulun 15-də başlayıb, iyulun 18-dək davam edəcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.