Tramp Zelenski ilə danışdı –"Bu müharibəyə son qoyacağam"

ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Prezident Zelenski ilə çox yaxşı telefon danışığı oldu. ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm. Çoxlu sayda insanın həlak olduğu və saysız-hesabsız günahsız ailənin didərgin düşdüyü bu müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, – deyə keçmiş dövlət başçısı bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacağını bəyan edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.