Trampın seçki kampaniyasının əsas donorları neft maqnatlarıdır- “The Wall Street Journal”

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası üçün əsas maliyyə mənbəyi ABŞ-ın neft korporasiyalarıdır.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Tramp neftçilərə hasilat sənayesinə dəstəyi artırmağa və hazırkı Vaşinqton administrasiyasının iqlim təşəbbüslərindən əl çəkməyə söz verib.

Nəşr Respublikaçıların kampaniyasının əsas donorları kimi Oklahomada yerləşən “Continental Resources”in prezidenti Harold Ham, “Energy Transfer” şirkətinin baş direktoru Kelsi Uorren, “Hilcorp”un qurucusu Cefri Hildebrand və “GeoSouthern Energy”nin sahibi Corc Bişopun adlarını çəkir.

Son üçlüyün baş ofisi Texasda yerləşir. ABŞ Federal Seçki Komissiyasının məlumatlarına görə, dörd milyarder artıq Trampın kampaniyasına ən azı 9,9 milyon dollar ianə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.