“Trampla debat çətindir, sözü kəsir, qorxudur…” –Klinton Baydenə "onu susdur" dedi

“Ağ Evin hazırkı rəhbəri Co Bayden seçki debatları zamanı rəqibi, sabiq prezident Trampa qarşı qətiyyətlə mübarizə aparmalıdır”.

Azpost.info bildirir ki, bu barədə Amerikanın sabiq dövlət katibi, Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton “The New York Times” jurnalı üçün yazdığı məqalədə deyib.

“Mən həm Tramp, həm də Baydenlə debatlarda iştirak etmiş yeganə insanam. Mən o səhnəyə çıxmağın nə qədər çətin, olduğunu və Trampın iştirak etdiyi debatda diqqəti toplamağın mümkünsüz olduğunu bilirəm. O, sözü kəsir və qorxudur. Hətta bir dəfə o səhnədə məni təqib etdi.  Çünki məqsədi rəqibini hövsələdən çıxarmaqdır”, – deyə siyasətçi bildirib.

Klinton vurğulayıb ki, Bayden sərt mübarizə apararsa, Trampın əl atdığı hiylələri uğursuz olacaq.

Əvvəlki məqalə

ABŞ və Türkiyə 40 milyard dollar dəyəri olan müqavilələri müzakirə edir

Sonrakı məqalə

Avstraliya Baş naziri Culian Assancla bağlı çağırış edib