“Trampla Harris arasındakı seçki debatı bir şoudur”- ZAXAROVA

“ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasındakı seçki debatı bir şoudur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, debatların niyə əsas xəbər hesab edildiyini də anlamadığını bildirib.

“Tamamilə dürüst və səmimi olacağam, bilmirəm niyə bu əsas xəbərdir. Böyük xəbər nədir? Sözünə cavabdeh olmayan insanların ifasında bir daha şou görürük ”, – Zaxarova qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.