Türk blogerin yayımladığı videodan sonra Ermənistanda cinayət işi açılıb

Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başladılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O həmçinin Azərbaycan torpağında olduğunu deyib.

Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.