Türk deputat və ailəsi dağıntılar altında qalıb

Bu gün səhər saatlarında Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar içində AK Partiyanın millət vəkili Yakup Taş və ailəsi də var.

“Habertürk” xəbər verir ki, AK Partiyanın Qrup sədr müavini Bülent Turan Adıyaman millət vəkili Yakup Taş və ailəsinin xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində indiyə kimi 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb.

Əvvəlki məqalə

Putin Ərdoğana başsağlığı verib

Sonrakı məqalə

Avropa İttifaqının xilasedici komandası Türkiyəyə yola düşüb