Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşü başlayıb

31 Mart 2021 - 16:05

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü başlayıb.

Videokonfrans formatında keçirilən Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılıb.

Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

Zirvə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq.

Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.