Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edib

Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edib.
Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər.
Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.
Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.